Uncategorized

Kievde tehsil 2021 ✔︎

Bir insanın gələcəyini təyin edən ən əhəmiyyətli dövr, şübhəsiz ki, universitet təhsil dövrüdür. Xaricdə bir universiteti bitirmək; Təqdim etdiyi keyfiyyətli təhsili, xaricdəki təcrübəsi, mədəni biliyi və cəmiyyət tərəfindən qəbul edilən prestijli bir diplomu ilə sizə yaxşı bir sosial status və ömür boyu ləyaqət verəcəkdir.

Ukraynada tələbə olmaq, müxtəlif fəaliyyətlərlə dolu olan ictimai həyatın fəal iştirakçısı olmaq deməkdir və bir qayda olaraq tələbəlik illəri bütün həyatın ən vacib və ən dəyərli xatirələridir. Bütün universitetlərdə həm ictimai həyatda, həm də təhsil müddətində tələbə həyatını yaxşılaşdırmağı hədəfləyən müxtəlif tələbə cəmiyyətləri mövcuddur.

Ukrayna son illər  universitet təhsili üçün ən çox seçilən ölkələrdən  birinə çevrilib.Akademik olaraq dünyanın ən yaxşı  universitetləti arasında yer alan ixtisaslı universitetləri və iqtisadi həyat şərtləri ilə diqqəti cəlb edir. Həmçinin yüksək keyfiyyətli təhsil və Avropa universitetlərindən aşağı qiymətlər Ukraynada təhsili daha cəlb edici edir.

Kievde tehsil

Kiyev, əksər universitetlərin yerləşdiyi Ukraynada ən çox xarici tələbə olan şəhərdir. Kiyev digər Avropa ölkələrindən çox sərfəli qiymətlərlə təhsil təklif edir. Dünya reytinqində ilk 1000 arasında yer alan Kiyev Politexnik Universiteti və Şevçenko Universiteti Kiyevdədir. Kiyevdə metro və tramvay nəqliyyatı sayəsində istədiyiniz yerə asanlıqla gedə bilərsiniz. Ukraynadakı ən ləzzətli, sosial və keyfiyyətli yaşayış standartları sayəsində ən çox turist və tələbə cəlb edən şəhər Kiyevdir.

Kiyevdəki universitetlər 3 dildə təhsil verir və xalqın gənc əhalisi ingilis dilində çox yaxşı danışa bilir. Kiyevdəki insanlar eyni zamanda xeyirxah və qonaqpərvər bir xalqdır. Kiyev, əhalisi baxımından Ukraynanın ən sıx şəhəridir.

Azərbaycanlı tələbələrdə heçbir imtahan vermədən Kievdə tehsil almaq imkanına sahibdir. Siz paytaxt Kiyevdə bakalavr və magistr pillələri üzrə imtahansız dövlət və özəl universitetlərdə təhsil ala bilərsiniz.

Kiyevdəki məhşur universitetlər

  • Kiyev Taras Şevçonko Universiteti – Kiyev Milli Taras Şevçenko Universiteti 1834-cü ildə qurulmuşdur. Hazırlıq bölümü Ukraynada ən yaxşısıdır.
  • Kiyev Politexnik Universiteti – 1898-ci ildə qurulan universitet Ukraynadakı ən böyük universitetdir.
  • Kiyev Aviasiya Universiteti – 1933-cü ildə qurulan universitet 1947-ci ildən bəri xarici tələbələrə təhsil verir.
  • Kievde tehsil qiymetleri universitetlərə və əyani, qiyabi şöbələrə görə dəyişir. Qiymətlər 1000 dollardan başlayır.

Universitet yataqxanaları :

Kiyevdə ən çox seçilən yaşayış yeri universitet yataqxanalarıdır. Universitetlərin yataqxanalarında orta yaşayış haqqı paket proqramına daxildir.Tələbə evləri yataqxanalardan daha bahalıdır. Aylıq xərcləri 450-800 dollar arasındadır.

Əlaqəli məqalə

Buna da bax
Close
Back to top button
Close