Uncategorized

Odessada tehsil

Qaradənizin incisi sayılan, və 1 milyondan çox əhalisi ilə Odessa Ukraynanın 4-cü ən sıx şəhəridir. Odessa rəngli bir şəhərdir. Çünki Odessa tam bir universitet şəhəridir. 20-dən çox universiteti olan Odessanın gecə-gündüz canlı olmasının səbəbi bir universitet şəhəri olması və dünyanın bir çox ölkəsindən tələbələrin bir araya gəldiyi çoxmədəniyyətli bir mühit təklif etməsidir.

Odessada təhsil

Mədəni mərkəz kimi inkişaf edən  Odessada tehsil inkişaf etməyə bilməzdi. Odessada müxtəlif istiqamətli ali təhsil müəssisələri var. İ. İ. Meçnikov adına Odessa Milli Universitetini, Odessanın bir çox ali məktəblərinin banisi hesab etmək olar. Elə məhz onun fakültələri bazasında belə ali məktəblər – Odessa Milli Tibbi Universiteti, Odessa Milli İqtisadi Universiteti, “Odessa hüquq akademiyası” Milli Universiteti, Odessa Dövlət Aqrar Universiteti yaradılmışdır.

Odessa Milli Politexnik Universitetini də Odessanın bir çox ali məktəblərinin banisi hesab etmək olar. Onun bazasında Odessa Milli Dəniz Universiteti, Odessa Dövlət Tikinti və Arxitektura Akademiyası, Odessa Dövlət Soyuqluq Akademiyası, Odessa Milli Rabitə Akademiyası, Odessa Milli Qida Texnologiyaları Akademiyası yaradılmışdır.

Odessa şəhərində 21 universitet var. Odessada tələbələr xəyallarını qurduqları prestijli bir təhsil alırlar. Odessa, xüsusilə tibb və mühəndislik sahəsində mütəxəssis təlimçiləri və yaxşı təchiz olunmuş universitetləri ilə Avropa standartlarında təhsil verir. Odessaya türk və xarici tələbələr üstünlük verir.

 Odessada məhşur universitetlər

  • Odessa Politexnik Universiteti –  1918-ci ildə qurulmuş bir ali təhsil və tədqiqat müəssisəsidir.
  • Odessa Dəniz Universiteti – Universitet Qara dənizin ən vacib limanlarından birinə sahib olan mərkəzdə qurulub.
  • Odessa Dəniz Akademiyası – 1930-cu ildə Su Nəqliyyat və Mühəndislik İnstitutu adı ilə qurulmuşdur.
  • Odessa Dövlət Tibb Universiteti – Odessa Dövlət Tibb Universiteti Ukraynanın köklü universitetlərindən biridir.

Odessada tehsil qiymetleri

Universitetlərdə qiymətlər universitetlərə və şöbələrə görə dəyişir. Qiymətlər 1000-4500 dollar arası dəyişir. Tədris dili Ukrayna və ya Rus dilində olan universitetlərdə qiymət daha sərfəlidir.

Odessada yaşayış xərcləri

Odessada yaşayış standartları Avropanın ən yaxşı imkanlarını təklif edir. Ayrıca yaşayış xərcləri baxımından bir çox ölkədən daha uyğundur. Bir tələbənin orta qiyməti 150-300 ABŞ dolları arasındadır. Bu məbləğ tələbədən tələbəyə dəyişir və xərcləmə vərdişlərinə və ya evdə yemək istəmələrinə görə dəyişəcəkdir.

Əlaqəli məqalə

Buna da bax
Close
Back to top button
Close