Uncategorized

Ukraynada qiyabi tehsil

 Xaricdə təhsil almaq istəyənlər üçün Ukrayna ən yaxşı seçimlərdən biridir. Tələbə dostu ilə də tanınan Ukrayna, əlverişli yaşayış xərcləri və keyfiyyətli təhsili ilə seçilir.

 Qiyabi təhsil əsasən Ukraynada  qalmaq imkanı olmayan, işləmək istəyən, eyni zamanda ali təhsil almaq istəyən insanlar tərəfindən seçilir. Ukraynada qiyabi tehsil ixtisasları dəyişdirmək və ya ikinci ixtisas almaq üçün ən yaxşı bir yoldur.

Qonşu ölkələrdən (Türkiyə, Azərbaycan, Özbəkistan və s.) gələn tələbələr Ukraynada qiyabi təhsil almaq arzu edirlər.

Tələbələr Ukraynaya ildə iki dəfə qiyabi təhsil almaq və 2-3 həftə imtahan vermək üçün gedirlər. Universitetlərdə tədris dili rus və ya ingilis dilində keçirilir.

Heç bir imtahan vermədən yalnız attestatla Ukraynada qiyabi təhsil almaq mümkündür.

Ukraynada Qiyabi təhsilin üstünlükleri nələrdir?

Oxumaq üçün yaş həddi yoxdur. Nə vaxt istəsəniz Ukraynada qiyabi təhsil almaq mümkündür.

Təhsil qiymətləri əyani şöbədən aşağıdır.

Ukraynada qiyabi tehsil zamanı illik təhsil haqqı 800 dollarla 1200 dollar arası dəyişir. Ödənişlər universitetlərə görə dəyişir.

Ukraynada bir qiyabi təhsil proqramında iştirak etmək istəyirsinizsə, iqtisadi baxımdan da qazanclı olacaqsınız. Çünki davamlı getmək məcburiyyəti olmadan, yalnız imtahanlar zamanı gedib qalmaq daha ucuz qiymətə təhsil almaq imkanı yaradacaqdır. Qiyabi təhsil işləyənlər üçün üstünlük yaratsa da, maliyyə baxımından rahat hərəkət etmək imkanı da verir.

Ukraynada qiyabi təhsil ala biləcəyiniz ixtisaslar aşağıdakılardır :

  • Beynəlxalq iqtisadi əlaqələr
  • Hüquq
  • Maliyyə və kredit
  • Dünya iqtisadiyyatı
  • Kömpüter mühəndisliyi
  • Avtomobil yolları
  • Tikinti
  • Mühəndislik
  • Mühasibatlıq
  • Uçot və audit
  • Aviasiya
  • Turizm və s.
  • Xarici dillər
  • Tibb
  • Psixologiya
  • Bank işi

Əlaqəli məqalə

Back to top button
Close