Uncategorized

Ukraynada tehsil qiymetleri

Ukraynada tehsil qiymetleri haqqında maraqlananlar üçün aşağıda daha ətraflı məlumat hazırladıq buyurub buradan oxuya bilərsiniz.

Ukrayna universitetlərinin getdikcə daha çox gəncləri  cəlb etdiyi və dünyanın müxtəlif yerlərindən olan bir çox gəncin akademik təhsil üçün Ukraynaya üstünlük verdiyi məlumdur . Tələbələrin Ukrayna universitetlərini seçmək səbəblərindən biri də Ukraynada tehsil qiymetleridir.

Ukraynada təhsil qiymətləri haqqında

Bu qədər keyfiyyətli bir akademik potensialı, çox ekonomik təhsil və yaşayış xərcləri ilə dünyaya açan Ukraynada təhsil almaq həqiqətən də çox cəzbedicidir. Ukraynada həm təhsil, həm yaşayış, həm sosial xərclər ölkəmizdəki ailələrin rahatlıqla qarşılaya biləcəyi səviyyədədir.

Ukrayna, Avropa Birliyinə daxil olmaq üçün yüksək təhsilə və yüksək potensiala sahib olan çox iqtisadi bir ölkədir.  Burada kı universitetlər Sovet dövründə yaradılan və köklü universitetlərdir.

Ukrayna universitetlərinin 2020 – 2021 dövrünə görə qiymətləri və yaşayış dəyəri digər Avropa ölkələrinə görə çox məqbuldur.

Ukraynada təhsil qiymətləri həm universitetə, bölgəyə, həmdə qiyabi və əyani şöbəyə görə dəyişir.

Qiyabi şöbədə qiymətlər əyani şöbəyə görə daha ucuzdur. Qiyabi şöbədə qiymətlər 800 – 1200 dollar arasıdır.

Ukraynada tehsil haqqı 1500 dollardan başlayır. Ən çox seçim edilən tibb də isə qiymətlər nisbətən bahadır. Tibb bölməsində qiymətlər fakultədən, tədris dilindən asılı olaraq dəyişir. Qiymətlər 3400 dollardan başlayır.

Tədris dilindən asılı olaraq Hazırlıq fakültələri üçün təhsil haqqı qiymətləri illik 1000 – 1500 dollar arası dəyişir. Məsələn, ingilis dilində hazırlıq kursu rus dilindən daha bahadır. İqtisadi ixtisasların qiyməti ixtisas və tədris dilindən asılı olaraq ildə 1500 – 2500 dollardan başlayır

Ukraynada yaşayış xərcləri

Ukraynada yaşayış dəyəri illik hesablandığı zaman 4600 ilə 6900 dollar arasındadır. Bu rəqəmlər insanın həyat tərzinə görə dəyişir.

Universitetlərin ümumilikdə tibb şöbələri xaric illik  təhsil haqqı 1800 dollar , dövlət yataqxanaları ildə 400-500 dollar arasındadır.

Ukraynada əyani şöbədə təhsil alan tələbələr Dövlət yataqxanasında yerləşdirilir. Yataqxanada qiymətlər yataqxananın şəraitinə görə müxtəlif olur.

Əlaqəli məqalə

Back to top button
Close