Uncategorized

Ukraynada təhsil üçün qəbul şərtləri və sənədlər.

Ukraynada təhsil almaq üçün lazım olan əsas sənədləri pillələr üzrə sizin üçün bir araya toplayaraq qey etdik. Buyurub oxuya bilərsiniz.

1️⃣ Bakalavr Qəbul üçün lazım olan sənədlər:

  • Attestat – məktəbi bitirmisinizsə attestat, hələdə bitirməmisinizsə son il olduğu haqqında arayış lazımdır.
  • Xarici pasport və şəxsiyyət vəsiqəsi – xarici pasport olmasa da olar ilk müraciət zamanı amma mütləq sonra alınacaqdır.
  • Transcript – bu sənətdə 9,10,11-ci sinif qiymətləri mövcuddur. Sənən oxuduğunuz məktəb tərəfindən verilir.
  • Doğum haqqında şəhadətnamə – ukran dilinə tərcümə və təsdiq ilə.
  • Sağlamlıq haqqında arayış (Forma 086) – ( Hepatit B,C,dəri xəstəlikləri, malyariya, QİCs  infeksiya) Daha çox əyani oxuyacaq tələbələrə lazım olur.
  • 6 x 4 fotoşəkil (12 ədəd) ;

2️⃣ Magistratura üzrə Qəbul üçün lazım olan sənədlər:

  • Bakalavr Diplomu ( və ya universitetdən arayış ) bitirmisinizsə diplomu təhsiliniz hələ də davam edirsə son kursda oxuduğunuz haqqında arayış almaq lazımdır.
  • Bakalavr Diplom əlavəsi
  • Xarici pasport və şəxsiyyət vəsiqəsi ;
  • Doğum haqqında şəhadətnamə – ukran dilinə tərcümə və təsdiq ilə.
  • Sağlamlıq haqqında arayış (Forma 086) – ( Hepatit B,C,dəri xəstəlikləri, malyariya, QİCs  infeksiya) Daha çox əyani oxuyacaq tələbələrə lazım olur.
  • GİÇS (SPİD) haqqında arayış ;
  • 6 x 4 fotoşəkil (12 ədəd) ;
  • CV – europass CV forması olması üstünlükdür.

3️⃣ Qəbuldan sonra lazım olan sənədlər:

  • Əsasən 18 yaşı tamam olmamış şəxslərə ölkəni tərk etmək üçün icazə sənədi verilməlidir (valideynlər tərəfindən alınmalıdır və natariusda təsdiqlənməlidir)
  • 4 illik yaşayış icazəsi – 550$ (Bakalavr pilləsi üzrə əyani təhsil alacaq tələbələr üçün  )
  • 1-1.5 illik yaşayış icazəsi – 150-200$ (magistratura və əyani təhsil alacaq tələbələr üçün)
  • 2-3 illik yaşayış icazəsi – 250-300$ (magistratura və əyani təhsil alacaq tələbələr üçün)

Əlaqəli məqalə

Buna da bax
Close
Back to top button
Close