Uncategorized

Xarkov universitetleri

Xarkov, 1,5 milyon əhalisi ilə Ukraynanın ikinci böyük şəhəridir. Xarkovda 90   universitet var. Xarkov əhalisinin yarısının tələbə olması bu şəhəri tələbə şəhərinə çevirir. Şəhər yüzlərlə sənaye şirkətinə ev sahibliyi edir. Xarkovun ən populyar rəmzi olan Azadlıq Meydanı (Ploshcha Svobody) Avropanın üçüncü ən böyük şəhər meydanı kimi tanınır.

Xarkov tarixi, mədəni və nəhəng parkları kafe və restoranları ilə əyləncəli və çox təhlükəsiz şəhərdir.

Xarkov bütün ölkələrdən tələbə qəbul edir. Keyfiyyətli universitetləri dünya sıralamasında ilk 1000-də 401 olan Xarkov Karazin Universiteti bu şəhərdə yerləşir. Tibb fakültəsindən Hüquq fakültəsinə, Kompüter mühəndisliyindən Dil şöbələrinə qədər bir çox fakültəsi var.

Niyə Xarkovda Universitet?

Heç bir imtahan vermədən orta məktəb attestatı ilə universitetlərdə təhsil almaq imkanına sahibsiniz.

İngilis dilində təhsil alacaqsınız.

Ukrayna universitetləri bir çox fərqli sahə və şöbələrdə 100%  İngilis dilində təhsili verir. İngilis diliniz yetərli deyilsə, İngilis dili hazırlıq təhsilindən sonra şöbəyə keçə bilərsiniz.

Yüksək keyfiyyətli universitetlərdə təhsil alma imkanı

Ukraynada, müəyyən fənlər üzrə səlahiyyətli və ixtisaslı universitetlərin bir çox fərqli şöbələrində dəyərli akademiklərdən təhsil alma fürsətiniz var.

Xarkovdakı məhşur universitetlər:

Xarkov Karazin Universiteti – Ukraynanın ən yaxşı universitetidir.

Xarkov Politexnik Universiteti – Dünya sıralamasında 701- ci sıradadır

Xarkov İnşaat və memarlıq universiteti – 1801-ci ildə yaradılıb. Ukrayna və MDB ölkələri ilə yanaşı 80 xarici ölkə üçün 55.000-dən çox yüksək ixtisaslı mütəxəssis hazırlamışdır.

Xarkov universitetleri tehsil qiymetleri

Xarkovdakı İngilis bölmələrində bakalavr təhsili,  universitet və şöbədən asılı olaraq ildə 1,000-4,500 USD arasında dəyişir. Xarkovda, tədris dili Ukrayna və ya Rus dilində olan şöbələrdə təhsil xərcləri daha əlverişlidir.

Tags

Əlaqəli məqalə

Back to top button
Close