Son zamanların xaricdə təhsil üçün seçilən ölkələrdən Türkiyədən sonra ən çox üstünlik verilən Ukraniyadır. Bu isə yuxarıda qeyd etdiyimiz əsas səbəblərə əsasən qəbul edilməkdədir. Yuxarıda yazdığımız səbəbləri isə daha ətraflı bir daha sizlər üçün maraqlı olar deyə sırası ilə yenidən qeyd edək.
Mədəniyyət
Ukraynada millətlərarası münaqişələr, dini ayrıseçkilik və etnik qarşıdurmalar demək olar ki yoxdur. Ukraynalılar xarici vətəndaşlara xüsusi ilə bizim bizim kimi yaxın ölkələrdən olan qonaqlara tolerantlıq göstərirlər və bütün dünyada qonaqpərvərliklə məşhurdurlar.
Yaşayış xərcləri
Ukraynada tehsil xərcləri çox az olduğundan, xüsusiylə tələbələr rahatlıqla yataqxanalarda qala bilməkləri baxımından çox münasibdir. Burada həm də illik təhsil haqqının az olmasını əlavə etsək demək olarkı çox uğun qiymətlərlə yaşamaq mümkündür.
Təhsil və inkişaf
Bir çox ali təhsil müəssisəsi xarici tələbə Ukraynada hazırlıq kurslarını təşkil edir. Ali təhsil müəssisəsindəki təhsilə hazırlıq 6 aydan 10 aya qədər davam edir. Bu zaman siz ilk kurslardan buranın dilini mənimsəmiş və rahat əlaqələr qurmaq şansı qazana bilirsiniz. Burada oxuyan çox xarici tələbələrdə mövcuddur. Onlarla da ortaq dil öyrənərək əlaqələr yarada bilərsiniz.
Təcrübə
Fərqli bir ölkədə, fərqli bir mədəniyyətdə yaşamaq həyatınızın gözəl zamanlarında təcrübələr əldə etməyinizə əsas səbəbdir. Bu isə sizə məhsuldar, peşəkar, sosial və akademik həyata qapılar açır. Əlbəttə, dünya görüşünüz də zənginləşir. Ukrayna Haaqa və Lissabon Konvensiyalarının üzvüdür. Hətaa Ukraynanın Universitetlərinin diplomları dünyanın çox ölkəsində tanınır.
Yer
Ukraynada təhsil almaqla siz hətta səyahət edərək bu ölkənin gözəl mənzərələrini seyr edə bilər və istirahət edə bilərsiniz. Bu ölkə öz turistik yerlərinə görə dünyada çox fərqlənir. Bura bir çox avropa ölkələrinə yaxın olduğu üçün demək olarki fərqli mədəniyyətlərin birləşdiyi bir yerdir.